Çempionluq derbisi, “Qarabağ”ın zirvəyə yüksəlmək şansı
26.04.2013 - 12:00
Sabah Topaz Premyer Liqasında final mərhələsinin II dövrəsinin start veriləcək. Apasport.az saytının məlumatına görə, çərşənbə kubok oyunlarının keçirilməyi ilə əlaqədar turnirin iştirakçıları bazar günü meydana çıxacaq. Ümumiyyətlə, bu dəfə ilk “altılıq” matçları eyni gündə olacaq.
Sözsüz ki, matçlarının böyük əksəriyyətinin paytaxtda olacağı XXVII turun mərkəzi oyunu “Neftçi” ilə “İnter” arasında olacaq. Çempionluğa əsas namizədlər bu mövsüm sonuncu dəfə üzləşəcək. İndiyə kimi oyunlarda 2 dəfə “Neftçi”nin qalib gəldiyini, 1 matçın heç-heçə nəticələndiyini nəzərə alsaq, çempion balansda sona kimi üstün olacaq. Yəni bu 2 komandanın xalları bərabər olarsa, “Neftçi” şəxsi oyunlara görə rəqibini qabaqlayacaq. “İnter” üçün bu matçı son şanslardan biri saymaq olar. Çünki arada xal fərqi 4-dür və “Neftçi” yenə qalib gəlsə, artıq 7 xal irəlidə olacaq. Bu zaman “bankirlər”in həmşəhərlilərinə çatacağı real görünmür və demək olar çempionluqdan əllərini üzə bilərlər. Ancaq “İnter” qalib gəlsə, xal fərqini minimuma endirməklə intriqanı artıracaq.
Çempionluğa digər namizəd “Qarabağ” bu turda əyalətdə yeganə matçın iştirakçısı olacaq. “Qəbələ”nin qonağı olacaq ağdamlılar bu tur liderə çataraq turnir cədvəlinə başçılıq edə bilər. Təbii ki, bunun üçün ilk öncə Qəbələdə qələbə qazanmaq lazımdır. Digər vacib şərt “Neftçi”nin uduzmağıdır ki, bu da mümkün sayılır. “Qarabağ” “Neftçi”yə cari çempionatda hər 3 oyunda qalib gəldiyindən, şəxsi oyunlara görə ondan öndə olacaq.
Medallardan kənarda qalmağı artıq dəqiqləşən “Qəbələ” isə 4-cü yer uğrunda mübarizə aparır. İndiki vəziyyətdə həmin pillənin dəyəri qalır. Çünki “Neftçi” çempion olmayıb, kuboku qazanarsa, Avropa Liqasında daha bir vəsiqənin sahibi çempionatda 4-cü yeri tutan olacaq. Bura əsas iddiaçılar olan “Simurq”la “Bakı” bu turda rəqib olduğundan, onlar arasındakı oyunun əhəmiyyəti böyükdür. “Zolaqlılar”ın kubokdan da əlini üzdükdən sonra axırıncı şansı çempionatda 4-cü olmaqdır. Bakılılar həmin pillədə olan “Simurq”a qalib gələrsə, xal fərqi 2-ə enəcək. Bu zaman paytaxt təmsilçisi şəxsi oyunlarda üstün olacaq və 4 tura 2 xal fərqini aradan qaldırmaq realdır.
27 aprel
17:00. “Kəpəz” – “Sumqayıt”
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 1:2, 0:1
17:00. “Rəvan” – “Turan”
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 2:0, 6:2
28 aprel
16:00. “Bakı” – “Simurq”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:0, 1:0
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 1:1, 0:1
18:00. “Neftçi” – “İnter”
Bakı. “Bakcell Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 2:0, 1:0
18:00. AZAL – “Xəzər Lənkəran”
Bakı. “AZAL Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:2, 2:1, 1:1
Bombardir: Nikolas Kanales (Neftçi) – 22

| komanda | o | q | h | m | t | x | |
1 | Neftçi | 27 | 17 | 3 | 7 | 53-28 | 54 |
2 | Qarabağ | 27 | 14 | 9 | 4 | 37-23 | 51 |
3 | İnter | 27 | 14 | 8 | 5 | 35-18 | 50 |
4 | Simurq | 27 | 10 | 10 | 7 | 27-23 | 40 |
5 | Bakı | 27 | 7 | 14 | 6 | 24-20 | 35 |
6 | Qəbələ | 27 | 9 | 7 | 11 | 30-34 | 34 |
7 | AZAL | 27 | 11 | 9 | 7 | 43-29 | 42 |
8 | Rəvan | 27 | 10 | 4 | 13 | 38-41 | 34 |
9 | Xəzər L | 27 | 8 | 10 | 9 | 37-32 | 34 |
10 | Sumqayıt | 27 | 7 | 8 | 12 | 25-44 | 29 |
11 | Turan | 27 | 7 | 6 | 14 | 29-49 | 27 |
12 | Kəpəz | 27 | 2 | 4 | 21 | 14-55 | 10 |

0
0