De Bur və Berqkamp “Qəbələ”nin oyununda
26.04.2013 - 10:37
De Bur və Berqkamp “Qəbələ”nin oyununda
Dünən “Qəbələ” və “Ayaks”ın 15 yaşadək futbolçulardan ibarət komandaları arasında baş tutan yoxlama oyununu məşhur futbolçular da izləyib. “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimovun apasport.az saytına verdiyi məlumata görə, görüş ünlü simaların da diqqətin yayınmayıb.

Belə ki, hazırda “Ayaks”ın əsas komandasında məşqçi işləyən Dennis Berqkamp, eləcə də “Barselona”nın sabiq hücumçusu Ronald de Bur və “Trabzonspor”un konqo mənşəli sabiq futbolçusu Kiki Musampa qarşılaşmaya tamaşa edib.

Qeyd edək ki, bu görüş 1:1 hesabı ilə başa çatıb. “Qəbələ” hazırlıq çərçivəsində son oyununu bazar günü keçirəcək. Sözügedən qarşılaşmada "qırmızı-qaralar" Düsseldorf "Fortuna"sı ilə üz-üzə gələcək.