“Xəzər Lənkəran” 5-ə çatdı
26.04.2013 - 10:45
“Bakı” ilə Azərbaycan kubokunun yarımfinal matçının cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 1 mövsümlük fasilədən sonra yenidən bu yarışın finalına vəsiqə qazandı. Apasport.az saytının məlumatına görə, 9 illik tarixində 5-ci dəfə buna nail olan “ağ-yaşıllar” 2 dəfə 1/4, 2 dəfə də 1/2 finalda mübarizəni dayandırıb.
İlk 2 mövsümündə finalın 1 addımlığında büdrəyən komanda sonradan “2 final, 1 1/4 final” ardıcıllığına əməl edir. 2006/07 və 2007/08 mövsümlərində kuboku Lənkərana gətirən klub növbəti yarışı 1/4 finalda dayandırdı. Sonradan yenə 2 il ardıcıl final oynayan Lənkəran təmsilçisi ötən mövsüm 1/4 finalda çıxışını başa vurdu.
1/4 finalda mübarizəni dayandırdıqdan sonra yenidən finala yüksələn “ağ-yaşıllar” əvvəlki 4 finaldan 3-də qalib gəlib. 4-cü dəfə mükafata yiyələnməyə çalışacaq komanda bütün finallarını son 7 ildə gerçəkləşdirib. Kubokun 4 qat qalibi ilə finalda görüşəcək “Xəzər Lənkəran” həmin görüşdə bu göstəricidə rəqibinə çatmaqla Azərbaycan rekordunun şəriklərindən olacaq. Belə ki, kuboka hamıdan çox – “Neftçi” ilə “Kəpəz” hərəyə 4 dəfə yiyələnib.
Mənbə: lankaranfc.com

2004/05 | 1/2 final |
2005/06 | 1/2 final |
2006/07 | "Xəzər Lənkəran" - "MKT - Araz" (İmişli) - 1:0 |
2007/08 | "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 2:0 əlavə vaxtda |
2008/09 | 1/4 final |
2009/10 | "Bakı" - "Xəzər Lənkəran" - 2:1 əlavə vaxtda |
2010/11 | "Xəzər Lənkəran" - "İnter" (Bakı) - 1:1, pen. 4:2 |
2011/12 | 1/4 final |
2012/13 | "Xəzər Lənkəran" - "Neftçi" (Bakı) |
Mənbə: lankaranfc.com
0
0