100-ü yarıladı
26.04.2013 - 10:56
Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake üçün əlamətdar olub. Apasport.az-ın Lənkəran təmsilçisinin saytına istinadən məlumatına görə, rumıniyalı müdafiəçi 50-ci dəfə “ağ-yaşıl”ların heyətində meydana çıxıb.
2011-ci ilin əvvəlində transfer olunan arxa xətt oyunçusu yarım mövsüm ölkəmizdə çıxış etdikdən sonra vətəninə qayıtmışdı. 2012-ci ilin yayında 1 illik fasilədən sonra yenidən “ağ-yaşıllar”ın heyətinə dönən Manuel ümumilikdə “Xəzər Lənkəran”da mövsümyarıma yaxın çıxış edib.
Çempionatda 36, Avropa Liqasında 4 matça çıxan Skarlatake kubokda 10-cu görüşünü keçirməklə ümumi oyun sayında 50-yə çatdı. Bununla da o, klub tarixində 50 və daha çox oyun keçirən 38-ci futbolçu oldu.

mövsüm | turnir | oyun | dəqiqə | qol | sarı | qırmızı |
2010/11 | çempionat | 12 | 1080 | 1 | 2 | 0 |
2010/11 | kubok | 5 | 480 | 1 | 2 | 0 |
2012/13 | Avroliqa | 4 | 360 | 1 | 0 | 0 |
2012/13 | çempionat | 24 | 2160 | 5 | 6 | 0 |
2012/13 | kubok | 5 | 422 | 0 | 0 | 0 |
50 | 4502 | 8 | 10 | 0 |
0
0