“Qarabağ” Qəbələyə sabah gedir
26.04.2013 - 11:18
 “Qarabağ” Qəbələyə sabah gedir
“Qarabağ” Premyer Liqanın XXVIII turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, 2 gün öncə ölkə kubokunda “Neftçi”ylə qarşılaşan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi.

Bu gün isə Ağdam komandası tək məşqlə kifayətlənəcək. Sabah isə “Qarabağ” eyniadlı rayona yollanacaq. Axşam isə matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu bazar günü saat 16:00-da keçiriləcək.