Mirça Rednikin sələfi: Azərbaycan klubundan təklif almışam
26.04.2013 - 12:23
Mirça Rednikin sələfi: Azərbaycan klubundan təklif almışam
“Düzdür ki, mən BƏƏ və Azərbaycan klublarından konkret təklif almışam”. Apasport.az saytının məlumatına görə, bunu Buxarest “Dinamo”sunun baş məşqçisi Kornel Tselnar deyib.

55 yaşlı rumıniyalı məşqçi ölkəsində “Digi Sport Special”a açıqlamasında bu il Azərbaycandan təklif aldığını vurğulayıb. Ancaq Tselnar ölkəsində qalmağı üstün tutub: “Ancaq mənim üçün “Dinamo”da işləmək daha prioritet idi. 2014-cü yayına kimi müqaviləm var və “Dinamo”da qalacağım dəqiqdir. Burda qalmaq istəyirdim. Klubun sahibi Yonuts Neqoytse ilə aprelin 24-də danışığımız olub. Dedim ki, təkliflərim var. Cənab Neqoytse ilə müzakirədən sonra “Dinamo”da qalacağım dəqiqləşdi”.

Qeyd edək ki, Tselnar “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin “Dinamo”dakı sələfi sayılır. Belə ki, o, 2008-ci ildə Buxarest klubundan ayrıldıqdan sonra yerini məhz Rednikə təhvil verib.