Püşk “Neftçi”nin üzünə güldü - FOTO
26.04.2013 - 12:26
Püşk “Neftçi”nin üzünə güldü - FOTO
Azərbaycan kubokunun final matçının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbirdə mayın 28-də keçiriləcək oyunun nominal meydan sahibi müəyyənləşib.

“Neftçi” və “Xəzər Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq həlledici qarşılaşmaya paytaxt təmsilçisi ev sahibliyi edəcək. Bu, hər 2 komandanın nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmadan sonra müəyyənləşib

Mənbə: pfl.az