“Xəzər Lənkəran”ın müdafiəçisində sınıq aşkarlandı
26.04.2013 - 13:41
Ölkə kubokunda “Bakı” zəfəri ilə finala adlayan “Xəzər Lənkəran” dünən keçirilən bərpa məşqindən sonra bu gün səhər saatlarında AZAL-la keçiriləcək matçın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, Lənkərandakı bazanın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular Con Toşakın rəhbərliyi altında saat yarım ərzində məşq prosesini davam etdirib.
Hazırda “Xəzər Lənkəran”ın heyətində braziliyalı müdafiəçi Vanderson Skarduellinin zədəsi məşqçilər korpusunu narahat edən yeganə məqamdır. “Bakı” ilə cavab qarşılaşmasında zədələnən müdafiəçiyə “sağ ayaq pəncəsinin qapalı sınığı” diaqnozu qoyulub. Digər itki isə hücumçu Dimitris Sialmasla bağlıdır. XXVII turda “Sumqayıt”la qarşılaşmanın son dəqiqələrində qırmızı vərəqə alan yunan forvard AZAL-la qarşılaşmada cənublulara kömək edə bilməyəcək.
Bu gün günorta saatlarında “Xəzər Lənkəran” doğma şəhərdəki hazırlığını başa çatdırıb Bakıya yola düşüb. Komandamız axşam məskunlaşacağı oteldə istirahət edib sabah oyun öncəsi son məşqinə çıxacaq.

0
0