Duayt York Bakıda auksionda iştirak edəcək
26.04.2013 - 14:46
Duayt York “Bakcell” və “Mançester Yunayted” arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək. Apasport.az saytının məlumatına görə, Mançester klubunun “təbəssümlü qatil”i klubun birdən-birə 3 titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri olub.
1998-ci ilin sentyabrında “Aston Villa”dan transfer olunan trinidad və tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında 1-ci pilləni tutub, “qırmızı şeytanlar” isə titullar qazanıb. York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbol tarixində ən təhlükəli tandemlərdən biri edb.
Rud van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azalıb. Ancaq “Arsenal”a 22 dəqiqə ərzində etdiyi het-trikdən sonra o bütün “Yunayted” azarkeşləri üçün canlı əfsanəyə çevrilib. Duayt “Old Trafford”u 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanıb.
York “Bakcell” şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək. Bu tədbirlərin sırasında mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və mayın 3-də “Bakcell” tərəfindən təşkil olunacaq xeyriyyə auksionunu xüsusi qeyd etmək lazımdır. Xeyriyyə auksionunda yığılan pullar ehtiyacı olan uşaqlara kömək məqsədilə UNICEF təşkilatına veriləcək.
Qeyd edək ki, “Bakcell” şirkəti “Mançester Yunayted”in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyorudur.

0
0