“Neftçi”dən görünməmiş rekord
26.04.2013 - 15:25
“Neftçi”dən görünməmiş rekord
Azərbaycan çempionatında görünməmiş hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, oyunçu bir matçda 19 qol vurub.

Futzal üzrə ölkə çempionatının güclülər dəstəsində XVIII turun oyunları keçirilib. “Neftçi” İSM “Azecolab”la qarşılaşıb. Oyun olduqca məhsuldar alınıb. Rəqib qapısına 37 dəfə yol tapan “Neftçi” cəmi 3 dəfə cəzalandırılıb.

Bu oyunla bağlı maraqlı məqam isə bir futzalçının 19 qol vurmasıdır. Belə ki, qalib komandanın üzvü Elvin Quliyev komandasının vurduğu qolların demək olar tən yarısının müəllifi olub. O, rəqib torunu 19 dəfə sirkələyib.

Qeyd edək ki, hazırda aktivində 44 xalı olan “Neftçi” üçüncü pillədə qərarlaşıb.