Millimizin Lüksemburq və Qətərlə oyunlarına 26 futbolçu çağırıldı
26.04.2013 - 16:10
Milli komandamız mayın 29-da Doha şəhərində Qətər yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri iyunun 7-də isə Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq.
Bu oyunlara hazırlıq məqsədilə mayın 25-dən iyunun 7-dək millimizin təlim-məşq toplanışı təşkil olunacaq. Hər 2 oyunda iştirak etmək üçün 26 futbolçuya dəvət göndərilib. Bunlardan başqa, 3 ehtiyat oyunçu da var.
Millinin heyətinə uzun müddətdən sonra geri qayıdanlar var. Bunlar Ufuk Budak, Əli Gökdəmir, Branimir Subaşiç, Araz Abdullayev və Arif İsayevdir. İlk 3 futbolçu zədəli olduqlarından əvvəlki oyunlarda iştirak edə bilməyibsə, digər 2 oyunçuda səbəb fərqlidir. Belə ki, Araz Foqtsla münaqişə yaşadığından, Arif isə Türkiyənin aşağı dəstəsində çıxış etdiyindən yığmadan kənar qalmışdı. Ancaq yarımmüdafiənin cinahında oynamalı olan Vüqar Nadirov cəzalı olduğundan oynamayacaq. Bu üzdən Araz Vüqarı əvəzləməlidir. Arif isə “Dənizlispor”da son turlarda 2 qol vurmaqla diqqəti öz üzərinə çəkməyi bacarıb. Yeri gəlmişkən, hücumçumuz Rauf Əliyev də Vüqar kimi cəzalı olduğundan Qətərə aparılmayacaq.
Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hər üçü “Qarabağ”), Vladimir Levin (İnter), Rasim Ramaldanov (Simurq), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (“Əskişəhərspor”, Türkiyə), Əli Gökdəmir (“Hannover 96”, Almaniya), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Ruslan Abışov (“Rubin”, Rusiya), Rəşad Sadiqov (Neftçi), Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi “Bakı”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Araz Abdullayev (Neftçi), Əfran İsmayılov (Qarabağ), Arif İsayev (“Dənizlispor”, Türkiyə)
Hücumçular: Branimir Subaşiç, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzerslautern II”, Almaniya), Pərdis Fərcad-Azad (Sumqayıt)
Ehtiyat oyunçular:
Aqil Nəbiyev (Bakı), İlkin Qırtımov (Simurq), Elhad Nəziri (“Petrolul”, Rumıniya)
Qeyd edək ki, “Xəzər Lənkəran” və “Neftçi”nin üzvləri - Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Mahir Şükürov, Rəşad Sadiqov və Araz Abdullayev Qətərə getməyəcək. Onlar mayın 30-dan (ölkə kubokunun final oyundan sonra) komandanın tərkibində olacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.

0
0