“Böyükağa Hacıyev məni oğlunun toyuna dəvət etsəydi, gedərdim”
26.04.2013 - 16:20
“Böyükağa Hacıyev məni oğlunun toyuna dəvət etməmişdi. Sözsüz ki, dəvət etsəydi, gedərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu həftənin əvvəlində oğluna toy etdi ki, həmin vaxt millimizin almaniyalı çalışdırıcısı yenicə Bakıya gəlmişdi.
Hacıyev indiyə kimi bir neçə dəfə Foqtsun ünvanına atmacalar atsa da, 67 yaşlı mütəxəssis ondan incimir: “Böyükağa müəllim zarafatcıl insandır. Onun dediklərini oxuyanda, həmişə gülürəm. Ancaq münasibətimiz pis deyil. Hacıyevin işinə baxıb qiymət verirəm. O da iş görən insandır. Fürsətdən istifadə edib, oğlunu təbrik edir, ona can sağlığı, ailə xoşbəxtliyi arzulayıram. Həmkarıma uğurlar diləyirəm”.
Mehman SÜLEYMANOV

0
0