Rasim Ramaldanov: Avrokuboklara vəsiqə qazanacağımıza inanıram – MÜSAHİBƏ
26.04.2013 - 23:00
“Simurq”un müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- “Bakı” ilə oyuna hazırlıq necə gedir?
- Çalışırıq ki, yaxşı olsun. Düzdür, son oyundakı böyükhesablı məğlubiyyətdən sonra əhval-ruhiyyəmiz bir qədər korlanmışdı. Şükürlər olsun ki, uşaqlar toparlanmağı bacarıb, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Hər şeyin qaydasında olduğunu deyə bilərəm. Bu qarşılaşmada qələbə qazanmaq istəyirik.
- Cari mövsümdə “Bakı”nı məğlub edə bilməmisiniz. Bu uğursuz seriya nədən qaynaqlanır?
- Futbolda hər cür nəticə qeydə alına bilər. Statistikaya baxsaq, onlar da bizi məğlub edə bilmirdilər. Yalnız sonuncu qarşılaşmada 3 xal əldə etdilər.
- Şansları necə dəyərləndirirsiniz?
- Hər iki komandanın qələbə qazanmaq şansı bərabərdir. Rəqib bizi doğma meydanda qəbul edir. Kim güclüdür, o da qələbə qazanacaq.
- Əsas mərhələdə yaxşı oynasanız da, “altılıq” oyunlarında zəif təsir bağışlayırsınız. Yalnız “Qarabağ”ı məğlub etmisiniz, “Qəbələ” ilə heç-heçə oynamısınız. Bəs səbəb nədir?
- Deməzdim ki, zəif təsir bağışlayırıq. Çünki ilk “altılıq”da oynamaq, mübarizə aparmaq olduqca çətindir. Hər turda ancaq güclü komandalarla qarşılaşırsan. Təbii ki, belə vəziyyətdə oynamaq çətin olur. Lakin futbolçularda arxayınlaşma getdiyini də düşünmürəm. Bunun üçün əsas da yoxdur. Çalışacağıq qarşıdakı oyunlarda özümüzü yaxşı tərəfdən göstərək.
- Həmin güclü komandalarla əsas mərhələdə də qarşılaşmışdınız. Həmin vaxt nəticələriniz daha yaxşı idi. Bəlkə daxildə hansısa problemlər var?
- Klubun daxilində heç bir problem yoxdur. Sadəcə, mövsümün əvvəlində bizi zəif rəqib hesab edirdilər. Bəlkə də buna görə belə alındı. Qələbələr sıralandıqdan sonra hər kəs “Simurq”un gücündən danışmağa başladı. Artıq bizimlə oyunlara ciddi yanaşdılar.
- Müsahibənin başlanğıcında son məğlubiyyətə toxundunuz. “Simurq” tarixində ilk dəfə “İnter”ə bu cür hesabla yenilib. Bu cür yenilməyiniz nəyin nəticəsidir?
- O oyun haqda danışmağa sözüm yoxdur. Ola bilsin erkən qol buraxmağımız, eləcə də Bojiçin qırmızı vərəqə alaraq meydanı tərk etməsi bizi “sındırdı”. Başqa cür izah edə bilmirəm.
- Heç futbolçularda da əvvəlki qarşılaşmalardakı əzmkarlıq, mübarizə ruhu yox idi...
- Bildiyim qədəri ilə hər şey qaydasında idi. Uşaqlar da qələbə qazanmaq istəyirdi. Məğlubiyyətə səbəb matçın əvvəlində yaşananlar oldu. Bu üzdən də ola bilsin kənardan belə görünsün.
- Adətən məğlubiyyətdən sonra klub rəhbərliyi futbolçularla görüşür, öz narazılığını bildirir. Bu dəfə belə görüş oldumu?
- Belə bir görüş olmadı. Oyundan sonra hər kəs evinə dağılışdı. Daha sonra bazada toplaşıb, məşqlərimizi bərpa etdik. Hər şeyi unutmuşuq. İndi bütün diqqətimizi “Bakı” ilə qarşılaşmaya yönəltmişik.
- Mövsümün əvvəlində qarşınıza ilk “altılıq”a düşmək tapşırığı qoyulmuşdu. Bəs final mərhələsinin startı zamanı hansı hədəf müəyyənləşdirildi?
- Bəli, ilk hədəfimiz “altılıq”a vəsiqə qazanmaq idi. Final mərhələsində isə komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulub. Düzdür, şansımız azalıb, lakin ümidimizi itirməmişik. Vəsiqə qazanacağımıza inanıram.
- Yayda heyətini xüsusilə də legionerlərlə gücləndirən “Simurq” vəzifəsinin öhdəsindən gələ bilməsə, necə olacaq?
- Növbəti mövsümə hazırlaşacağıq.
- Bəs bu il hansı komandanın çempion olmaq şansı yüksəkdir?
- “Neftçi” və “Qarabağ”ın adını qeyd edə bilərəm. Onlar arasında da “Neftçi”ni daha şanslı hesab edirəm.
- Yayda komanda ilə müqaviləniz başa çatacaq. Gələcək karyeranızla bağlı qərar vermisinizmi?
- Hələ heç bir şey fikirləşməmişəm. Oyunlarımız var, ona köklənmişəm.
- Qalmaq fikriniz varmı?
- Hər şey ola bilər. Danışacağıq, yəqin ki, ortaq məxrəcə gələrik.

0
0