Baş məşqçi 2, köməkçisi 1 oyun
26.04.2013 - 17:39
Baş məşqçi 2, köməkçisi 1 oyun
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçiriləcək 2 oyunu izləyəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis "Kəpəz" – "Sumqayıt" və "Bakı" – "Simurq" matçlarını stadiondan izləyəcək. Bu matçlar müvafiq olaraq aprelin 27-də və 28-də keçiriləcək. Baş məşqçinin köməkçisi Nazim Süleymanov isə turun son günündə baş tutacaq "Neftçi" - "İnter" oyununda olacaq.