“Rəvan” hazırlıqlarına yekun vurdu
26.04.2013 - 19:18
“Rəvan” Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “Turan”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar” bu oyun üçün hazırlığı artıq başa vurub.
Baş məşqçi Ramil Əliyev bütün futbolçuların iştirak etdiyi məşqdə yetirmələrini çox da yormayıb. Əsasən toplu çalışmalara üstünlük verilib. Futbolçuların gözəl ab-hava yaratdığı məşq qapıya zərbələr üzərində çalışmaqla başa çatıb.
Qeyd edək ki, “Bayıl Arena”da keçiriləcək “Rəvan” – “Turan” oyunu sabah saat 17:00-da başlayacaq.

0
0