Ufuk Budak “Kasımpaşa” ilə oyuna hazırlaşır - FOTO
26.04.2013 - 21:04
Ufuk Budak “Kasımpaşa” ilə oyuna hazırlaşır - FOTO
Azərbaycan milli komandasının müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” Türkiyə Superliqasının XXXI turu çərçivəsində “Kasımpaşa” ilə oyuna hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandasının bugünkü keçirilən 90 dəqiqəlik məşqində baş məşqçi Ərsun Yanal futbolçuların taktiki hazırlıqlarına üstünlük verib.

Əskişəhər təmsilçisi sabah keçiriləcək hazırlıqdan sonra İstanbula gedəcək.

Qeyd edək ki, yığma komandamız mayın 29-da Doha şəhərində Qətər millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. İyunun 7-də isə Bakıda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq millisi ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə mayın 25-dən iyunun 7-dək millimizin təlim-məşq toplanışı təşkil olunacaq. Təcrübəli çalışdırıcı uzun müddətdən sonra Ufuk Budakı komandamızın heyətinə dəvət edib.