Matç öncəsi son məşq üçün məkan dəyişdirildi
26.04.2013 - 21:24
Aprelin 28-də “AZAL Arena”da paytaxtın AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyun öncəsi son məşqini digər məkanda keçirəcək. Apasport.az saytının məlumatına görə, “ağ-yaşılar”ın məskunlaşdığı “Modern” oteli ilə Şüvəlan qəsəbəsində yerləşən “AZAL Arena” arasındakı məsafənin uzaqlığını nəzərə alaraq, oyun öncəsi son məşqin digər meydançada keçirilməsi qərara alınıb.
Beləliklə, “Xəzər Lənkəran” aprelin 27-də saat 11:00-da milli komandalarının təlim-məşq mərkəzində (Köhnə “Neftçi” baza) oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, AZAL-la matç öncəsi cənub klubunun heyətində iki itki var. Belə ki, müdafiəçi Vanderson Skarduelli zədə üzündən, hücumçu Dimitrios Sialmas izə cəzalı olduğu üçün “təyyarəçilər”lə oyunda komadasına kömək edə bilməyəcəklər.
Mənbə: 12cioyuncu.info

0
0