Mario Qomes də “Borussiya”ya keçə bilər
26.04.2013 - 22:04
Almaniya Bundesliqasında transfer mövsümü erkən açılıb. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının futbolçusu Mario Qötseinin “Bavariya”ya 37 milyon avroya transfer olunmasından sonra yerli mətbuat daha bir iddia ilə gündəmə gəlib.
Belə ki, “Bild” nəşrinin iddiasına görə, Münhen təmsilçisinin hücumçusu Mario Qomes də Dortmund klubuna keçə bilər. Lakin klub nümayəndələrindən bununla bağlı hələ ki heç bir açıqlama gəlməyib.
Qeyd edək ki, Qomes cari mövsümdə Bundesliqada yalnız 3 matçın 90 dəqiqəsində meydanda mübarizə aparıb və 10 qola imza atıb.

0
0