“Real”da derbi öncəsi şok yaşandı
26.04.2013 - 23:03
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə Dortmund “Borussiya”sına 4:1 hesabı ilə uduzan və işini çətinləşdirən “Real”da daha bir şok xəbər yaşanıb. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının XXXIII turu çərçivəsində “Atletiko” ilə oyundan öncə “Kral klubu” komandanın ən yaxşı hücumçusunun xidmətindən yararlana bilməyəcəyi təhlükəsi ilə üzləşib.
Belə ki, Kriştianu Ronaldo komandanın ötən gün keçirilən məşqini yarımçıq qoyub. Portuqaliya millisinin üzvü məşq üçün meydançaya çıxsa da, hazırlığı sona qədər davam etdirməyib və onu məşqçilər istirahətə göndərib.
Məşqdən sonra isə baş məşqçi Joze Mourinyonun köməkçisi Karanka ulduz futbolçunun vəziyyəti ilə bağlı jurnalistlərə açıqlama verib. O, Ronaldonun əzələsində problemin olduğunu və çərşənbə axşamı gününə qədər yaxşı olacağına inadıqlarını bildirib.
Qeyd edək ki, “Atletiko” – “Real” oyunu bu gün keçiriləcək.

0
0