Təmsilçimiz fərqləndi, komandası liderliyə yüksəldi
27.04.2013 - 00:33
Təmsilçimiz fərqləndi, komandası liderliyə yüksəldi
Latviya çempionatında V turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış günü Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun komandası “Metallurq” doğma publika önündə “Jelqava”nı sınağa çəkib.

Təmsilçimizin şərəfini qoruduğu komanda qonaqları 3:0 hesabı ilə məğlub edib.

Bu görüşdə Əsgərov əvvəlki oyunlarda olduğu kimi, yenə start heyətdə meydana çıxıb. Vüqar matçın 33-cü dəqiqəsində hesabı açaraq, cari mövsümdə 2-ci qolunu vurub. Lakin həmyerlimiz oyunun başa çatmasına 7 dəqiqə qalmış əvəzlənib.

Qeyd edək ki, 5 oyundan 10 xal toplayan “Metallurq” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.