“Qalatasaray” çempionluğunu növbəti tura saxladı
29.04.2013 - 01:15
“Qalatasaray” çempionluğunu növbəti tura saxladı
Türkiyə Superliqasında XXXI turun oyunlarına yekun vurlub. Apasport.az saytının məlumatına görə, son matç günü üç qarşılaşma baş tutub.

Qapanış oyununda lider “Qalatasaray” sona 3 tur qalmış çempionluğunu elan etməyə çox yaxın idi. Belə ki, “Cim-Bom” səfərdə “Qaziantepspor”u məğlub edəcəyi təqdirdə, əzəli rəqibi və izləyicisi “Fənərbaxça” isə evində “Kayserispor”a uduzmaqla 19-cu zəfərini qazanacaqdır.

Lakin “Fənər”dən 7 xal öndə olan “aslanlar” çempionluqlarını növbəti həftəyə saxlayıblar. Onlar “Qaziantepspor”u Burak Yılmazın tək qolu ilə üstələsələr də, “sarı bülbüllər” də meydandan qalib ayrılmağı bacarıb - 2:1.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasının XXXII turunda doğma publika önündə Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”la qarşılaşacaq.


Türkiyə Superliqası
XXXI tur
26 aprel
“Mersin İdmanyurdu” – “Antalyaspor” - 1:1
Stepanov, 51 – Durer, 78

27 aprel
“Trabzonspor” – “Gənclərbirliyi” – 2:0
H.Altıntop, 34, O.Adin, 90

“Sivasspor” – “İstanbul BB” – 4:1
Koçak, 5, Eneramo, 26; 42; 56 - Madureyra, 30

“Bursaspor” – “Akhisar BB” – 1:1
Batalya, 31 - Gekas, 21

“Beşiktaş” – “Orduspor” – 2:0
Nyanq, 26, Yussuf, 90-avtoqol

“Elazığspor” – “Karabükspor” – 1:0
Bayrak, 79

28 aprel
“Kasımpaşa” – “Əskişəhərspor” – 1:2
İbriçiç, 6 – Angelo, 58; 90 (pen)

“Fənərbaxça” – “Kayserispor” – 2:1
Kuyt, 57, Kristian, 89 (pen) – Kleyton, 6

“Qaziantepspor” – “Qalatasaray” – 0:1
Burak, 62