Elhad Nəzirinin növbəti sınağı
27.04.2013 - 04:08
Elhad Nəzirinin növbəti sınağı
Bu gün Rumıniya çempionatının XXVIII turu çərçivəsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” doğma divarlar arasında “Viitorul Konstanta” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Nəzirinin bu matçda meydana çıxması hələ ki müəyyənləşməyib.

Qeyd edək ki, “Petrolul” 27 oyundan 49 xal toplyıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.