“Qroyter Fyurt”un antirekordu
27.04.2013 - 04:31
Almaniya Bundesliqasının XXXI turu çərçivəsində “Hannover 96”ya 3:2 hesabı ilə məğlub olan “Qroyter Fyurt” antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, doğma azarkeşləri önündə növbəti dəfə qələbə üzünə həsrət qalan ev sahibləri Bundesliqa tarixində öz meydanında ən pis nəticə göstərən komanda ünvanına sahib olublar.
Belə ki, “Qroyter Fyurt” doğma publika qarşısında 16 matç keçirib. Bu görüşlərin heç birində isə rəqibi üzərində qalib gələ bilməyib. 16 oyunun yalnız 4-ündə heç-heçə etməyi bacarıb və bu nəticə ilə də Bundesliqa tarixinə düşüb.
Qeyd edək ki, aktivində 18 xalla turnir cədvəlinin son pilləsində qərarlaşan “Qroyter Fyurt” növbəti tur səfərdə “Ştutqart”la üz-üzə gələcək.

0
0