Sneyder “Qaziantepspor”a qarşı forma geyinməyəcək
27.04.2013 - 05:04
Sneyder “Qaziantepspor”a qarşı forma geyinməyəcək
Türkiyə Superliqasının XXXI turu çərçivəsində “Qaziantepspor”la matçdan əvvəl “Qalatasaray”a Uesli Sneyderdən bəd xəbər gəlib. Apasport.az saytının məlumatına görə, ayağında ağrıları artan hollandiyalı ulduz futbolçu çətin səfər oyununda forma geyinə bilməyəcək.

“Cim-Bom” Qaziantepə yollanmamışdan öncə Sneyder sonuncu dəfə tibbi müayinədən keçəcək. Lakin baş məşqçi Fatih Terim onu digər oyunları da nəzərə alaraq, bu görüşdə meydana buraxmasına risk etməyəcək. Təcrübəli çalışdırıcının Ueslinin yerinə isə ötən tur “Elazığspor”la oyunda olduğu kimi, yenə Yekta Kurtuluşa şans verəcəyi gözlənilir.

Qeyd edək ki, “Qaziantepspor” – “Qalatasaray” matçı sabah keçiriləcək.