“Milan”ın hücumçusu Messinin rekordlarına göz dikib
27.04.2013 - 06:04
“Milan”ın hücumçusu Messinin rekordlarına göz dikib
“Milan”ın hücumçusu M’Baye Nyanq gələcək karyerası haqda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı futbolçu 4 dəfə ard-arda “Qızıl top”u qazanan “Barselona”nın forvardı Lionel Messinin rekordlarına göz dikib.

O bildirib ki, Argentina millisinin üzvünü üstələmək istəyir: “Milan” böyük komandadır. Gənc futbolçu üçün belə klubun hissəsi olmaq böyük şərəfidir. Mənə bu şansı verdikləri üçün indi çox insanların etibarını qazanmaq istəyirəm. Dünyada ən yaxşı oyunçu olmaq üçün səylə çalışıram. Həmişə “Qızıl top” haqqında düşünürəm. Bu, karyeramda mənim şəxsi hədəfimdir. Həmçinin Lionel Messini üstələmək istəyirəm. Mən gündəlik məşqlərdə maksimum çalışıram. Bilirəm ki, bir dəfə buna nail olacağam”.