AZAL-ın futbolçusu hamıdan yüksəkdə
27.04.2013 - 09:18
AZAL-ın futbolçusu hamıdan yüksəkdə
Martı ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AZAL-ın futbolçusu Cavid Tağıyev ötən ay Topaz Premyer Liqasında vurulan ən gözəl qolun müəllifi olub.

Bu, PFL-in rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşib. Cavid respondentlərin ixtiyarına buraxılan 5 qol müəllifi arasında hamıdan çox səs toplayıb. AZAL-ın üzvü ən yaxın izləyicisini təxminən 8 dəfə arxada qoyub.

1. Cavid Tağıyev (AZAL) - 3602 səs (73%)
2. Orxan Əliyev (Sumqayıt) - 458 səs (9%)
3. Fərid Quliyev (Kəpəz) - 379 səs (8%)
4. Mindauqas Kalonas (Rəvan) - 289 səs (6%)
5. Pərdis Fərcad Azad (Sumqayıt) - 212 səs (4%)


Qeyd edək ki, ayın ən gözəl qolunun müəllifi aprelin 29-da mükafatlandırılacaq.