Berti Foqtsun planları dəyişdi
27.04.2013 - 09:55
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun planları dəyişib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində keçiriləcək 2 oyunu izləmək niyyətində olan almaniyalı mütəxəssis son anda qərarında dəyişiklik edib.
Belə ki, Foqts 2 deyil, 3 matçı izləyəcək. Əvvəlcədən onun "Kəpəz" – "Sumqayıt" və "Bakı" – "Simurq" matçlarını stadiondan izləməsi planlaşdırılmışdı. Bu matçlar müvafiq olaraq aprelin 27-də və 28-də keçiriləcək. Lakin baş məşqçi turun son günündə baş tutacaq "Neftçi" - "İnter" qarşılaşmasını da izləməyə qərar verib. Hərçənd bu oyuna Foqtsun köməkçisi Nazim Süleymanovun göndərilməsi planlaşdırılmışdı.

0
0