Millimiz üçün Asiyanın 17 məkanı
27.04.2013 - 10:40
Azərbaycan milli komandasının mayın 29-da yoxlama oyunu keçirəcəyi Qətər tarixində ilk dəfə yığmamızla görüşəcək. Apasport.az saytının məlumatına görə, 21 illik tarixində 195 qarşılaşma keçirən komandamız indiyədək bu rəqiblə qarşılaşmayıb.
1992-ci ildən indiyədək 61 komanda ilə görüşən millimiz üçün Qətər 62-ci rəqib olacaq. Asiya təmsilçisi bu qitənin millimizlə qarşılaşan 17-ci komandasıdır. Bunadək Asiya Futbol Konfederasiyasına daxil olan 16 ölkənin millisi yığmamızla qarşılaşmışdı. Təbii ki, əvvəl bu qitəyə aid olub, sonradan UEFA-ya daxil edilən Qazaxıstan nəzərə alınmamaqla.
Asiyanın 16 yığması ilə millimiz indiyədək 34 matç keçirib. Komandamız 13 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə məğlub olub. Bu qarşılaşmalardakı top fərqi futbolçularımızın üstünlüyünü göstərir – 45:40.
Yığmamızın asiyalılarla oyunları

| Özbəkistan | 9 | 4 | 3 | 2 | 11-10 |
| İran | 4 | 0 | 2 | 2 | 4-6 |
| Qırğızıstan | 2 | 2 | 0 | 0 | 4-2 |
| Tacikistan | 2 | 2 | 0 | 0 | 5-2 |
| Bəhreyn | 2 | 2 | 0 | 0 | 5-1 |
| İordaniya | 2 | 1 | 1 | 0 | 3-1 |
| Türkmənistan | 2 | 1 | 0 | 1 | 3-2 |
| Küveyt | 2 | 0 | 2 | 0 | 2-2 |
| Oman | 2 | 0 | 0 | 2 | 0-3 |
| Hindistan | 1 | 1 | 0 | 0 | 3-0 |
| BƏƏ | 1 | 0 | 1 | 0 | 3-3 |
| Sinqapur | 1 | 0 | 1 | 0 | 2-2 |
| Səudiyyə Ərəbistanı | 1 | 0 | 0 | 1 | 0-1 |
| İraq | 1 | 0 | 0 | 1 | 0-1 |
| Fələstin | 1 | 0 | 0 | 1 | 0-2 |
| Yaponiya | 1 | 0 | 0 | 1 | 0-2 |
34 | 13 | 10 | 11 | 45-40 |
0
0