Qitənin 10-cusu
27.04.2013 - 14:00
Azərbaycan milli komandası mayın 29-da keçirəcəyi növbəti matçında Qətərlə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın heç vaxt görüşmədiyi rəqib millisi 1970-ci ildə yaradılıb.
43 yaşlı rəqib tarixinin ilk matçında Bəhreynə 1:2 hesabı ilə uduzub. Rəqibimizin 1984-cü ildə Əfqanıstan, 1 il sonra Livan üzərində möhtəşəm qələbələri də var – hər ikisi 8:0. 40 il əvvəl isə qətərlilər Küveytdə biabır olub – 0:9.
1978-ci ildən dünya çempionatlarının seçmə mərhələlərinə qatılan rəqibimiz heç vaxt mundiala yüksəlməyib. Lakin Qətər DÇ-2022-nin təşkilatçısıdır və həmin turnirə ev sahibi kimi ilk vəsiqənin sahibi sayılır.
1984-cü ildə Los Anceles, 1992-ci ildə Barselona Olimpiadasında çıxış edən ərəblər ilk cəhddə qrupda qalıb. Rəqibimiz Kataloniyada 1/4 finaladək irəliləməyə nail olub. Bu, Qətər yığmasının tarixində ən böyük nəticə sayılır.
8 dəfə Asiya kubokunun final mərhələsinə yüksələn rəqibimiz yalnız 2 dəfə - 2000 və 2011-ci illərdə qrupdan çıxa bilib. Son cəhddə 1/4 finalda qətərlilər Yaponiyaya uduzmuşdu. Hərçənd onlar qrupda Çin və Küveyt kimi rəqiblərini zərərsizləşdirmişdi.
Millimizin rəqibi 2006-cı ildə Asiya oyunlarının, 1992 və 1994-cü illərdə isə fars körfəzi kubokunun qalibi olub. Lakin son 2 turnirdə rəqibimiz meydan sahibi olmasından yararlanıb.
Baş məşqçisi Fəhəd Tani olan Asiya təmsilçisi U-20-nin 1981-ci ildə dünya 2-cisi olmaqla da öyünə bilər. Həmin vaxt ərəbləri finalda AFR yığması dayandırmışdı.
Qeyd edək ki, Qətər yığması son FİFA reytinqində dünyanın 102-ci komandasıdır. Hesabında 346 xal olan rəqibimiz qitəsində 10-cu göstəriciyə malikdir.

0
0