Çempionatda 20-ci duel
27.04.2013 - 15:31
Çempionatda 20-ci duel
Topaz Premyer Liqasının XXVIII turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” son vaxtlar formalaşan ənənəni davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, cənublular paytaxt təmsilçisinin meydanındakı son 2 oyunda quru qələbələr qazanıb. Bu matçlarda “ağ-yaşıllar” 5 cavabsız qol vurub.

Ümumilikdə isə Lənkəran təmsilçisi AZAL-la çempionatda 20-ci, bütün yarışlarda isə 24-cü duelə çıxacaq. İndiyəqədərki 23 qarşılaşmada “Xəzər Lənkəran” aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komanda 5 dəfə heç-heçə edib və cəmi 4 matçda məğlubiyyətə üzülüb. Bakıya 15-ci qələbə üçün yollanan, rəqib qapısına 30 qol vuran lənkəranlılar 13 top buraxıb.

“Xəzər Lənkəran” AZAL-la səfər qarşılaşmalarında da böyük üstünlüyə malikdir. Rəqib meydanında baş tutan 11 görüşdə 6 qələbəsi olan qonaqlar 2 dəfə heç-heçə edib və yalnız 3 dəfə uduzub. Bu oyunlarda top fərqi “Xəzər Lənkəran” ın üstünlüyünü əks etdiri – 12:5. Elə son 4 səfər matçında da cənublular cəmi 1 top buraxıb.

2005/06 12.08.2005 çempionat səfərdə 2:0
2005/06 12.02.2006 çempionat evdə 1:0
2006/07 17.09.2006 çempionat səfərdə 2:1
2006/07 27.04.2007 çempionat evdə 3:2
2007/08 25.11.2007 çempionat səfərdə 0:0
2007/08 06.03.2008 kubok, ¼ final səfərdə 0:1
2007/08 20.03.2008 kubok, ¼ final evdə 2:0
2007/08 17.05.2008 çempionat evdə 0:0
2008/09 20.09.2008 çempionat səfərdə 1:0
2008/09 14.03.2009 çempionat evdə 0:0
2009/10 21.10.2009 çempionat səfərdə 0:1
2009/10 10.12.2009 çempionat evdə 2:1
2009/10 27.04.2010 kubok, ½ final səfərdə 1:1
2009/10 05.05.2010 kubok, ½ final evdə 2:1
2010/11 29.08.2010 çempionat səfərdə 1:0
2010/11 20.02.2011 çempionat evdə 2:1
2010/11 13.03.2011 çempionat səfərdə 0:1
2010/11 23.04.2011 çempionat evdə 3:0
2011/12 14.08.2011 çempionat səfərdə 3:0
2011/12 16.02.2012 çempionat evdə 1:0
2012/13 03.10.2012 çempionat səfərdə 2:0
2012/13 03.12.2012 çempionat evdə 1:2
2012/13 30.03.2013 çempionat evdə 1:1


Mənbə: lankaranfc.com