“İnter” və “Qarabağ” çempion ola bilməz
27.04.2013 - 17:38
“İnter” və “Qarabağ” çempion ola bilməz
Əvəzedici heyətlərin ölkə birinciliyində XXVIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun 2-ci günündə “Simurq” istisna olmaqla bütün komandalar qol sevinci yaşayıb. Heç-heçənin qeydə alınmadığı 4 matçda meydana çıxan 8 komanda arasında yalnız “Bakı” qapısını toxunulmaz saxlayıb.

Paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmaqla 4-cü pillə ilə xal fərqini 13-ə çatdırıb. Sona 4 tur qalmış bakılılar ilk “üçlük”də yerini təmin etməklə mükafatçı olacağını rəsmiləşdirib. Bu isə o deməkdir ki, “İnter”, “Qəbələ” və “Qarabağ”ın çempion olmayacağı dəqiqləşib. Bu 3 komandanın liderlə xal fərqi 13-dən az olmadığı üçün onlar çempion ola bilməz. Ağdamlılar bu mübarizədən hələ bir neçə tur əvvəl qopmuşdu.

“Neftçi” - “İnter” – 3:1
Cavid Muxtarzadə, 4; Vüsal Səfərov, 10; Elşən Abdullayev, 78 - Nurxan Mənsimzadə, 72

“Bakı” - “Simurq” – 3:0
Raul Yaqubzadə, 8; 31; Elton Hüseynov, 53

AZAL - “Xəzər Lənkəran” – 1:2
Elmin Çobanov, 38 - Rəcəb Mahmudov, 40-avtoqol; Anar Babazadə, 80

“Qəbələ” - “Qarabağ” – 2:1
Rey Məmmədbəyli, 69; Amil Yunanov. 85 - Tural İsgəndərov, 66 p.

N
Klublar
O
Q
H
M
T-F
X
1
Bakı
28
20
2
6
58-28
62
2
Simurq
28
16
4
8
48-35
52
3
Neftçi
28
16
2
10
58-38
50
4
Qəbələ
28
15
4
9
43-31
49
5
İnter
28
14
6
8
54-22
48
6
Qarabağ
28
13
2
13
49-55
41
7
Kəpəz
28
10
6
12
32-41
36
8
Sumqayıt
28
10
4
14
46-47
34
9
Rəvan
28
10
3
15
33-45
33
10
Xəzər Lənkəran
28
9
5
14
37-42
32
11
AZAL
28
9
3
16
39-59
30
12
Turan
28
4
3
21
20-74
15