“Futbolçularımız topu hiss edə bilmirdi”
27.04.2013 - 18:47
“Futbolçularımız topu hiss edə bilmirdi”
“Digər oyunlarla müqayisədə bugünkü oyunda komanda verilən tapşırıqları yerinə yetirdi, az səhv etdi. Lakin oyunu müsbət nəticə ilə yekunlaşdıra bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov deyib.

O, Topaz Premyer Liqasının XXVIII turunun “Rəvan”la səfər oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Əsasən cinahlardan ötürülən toplarda səhvlər edirdik, əks-hücumdan qapımızda qol gördük.
Oyunçularımız topu hiss edə bilmirdi. Standart vəziyyətlərdən istifadə edib qol vurmaq istəyirdik. Qarşıdakı dörd oyuna ciddi hazırlaşmalıyıq”.

Mənbə: pfl.az