“Ən yaxşı oyunumuzu oynamadıq”
27.04.2013 - 18:51
“Ən yaxşı oyunumuzu oynamadıq”
“Erkən vurduğumuz qol bizə daha rahat oynamağa imkan verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXVIII turunun “Turan”la ev oyunundakı qələbədə erkən qolun rolunun böyük olduğunu düşünür. Əliyev final mərhələsinin 6-cı oyununda qazanılan 5-ci qələbənin daha böyük hesabla olmamasına təəssüflənib: “Rəqibi əks-hücumlarda yaxalasaq da, hesab arasındakı fərqi artıra bilmədik, futbolçularda dəqiqlik çatmadı. Ən yaxşı oyunumuzu oynamadıq, amma qələbə qazandığımız üçün şadam”.

Mənbə: pfl.az