İlin ilk qələbəsi
27.04.2013 - 19:13
İlin ilk qələbəsi
“Bu il ilk qələbəmizi, ilk üç xalımızı qazandıq. Çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.

O, Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt”la Bakıdakı oyununda qazanılan 1:0 hesablı qələbədən razı qalıb. Çünki bu qələbə 2013-cü ilin ilk uğuru idi: “Fiziki cəhətdən güclü, sürətli oyunçulara malik komandaya qarşı oynadıq. Bəxt də bu gün bizim tərəfimizdə idi. Bu cür oyunlarda bir qol hər şeyi həll edir. İlk qolu rəqib vursa idi, qalib gələ biləcəklərini düşünürəm. Qələbə qazandığımız üçün şadam, komandanı təbrik edirəm”.

Qeyd edək ki. gəncəlilərin aşağı dəstəyə düşməsi rəsmiləşib.

Mənbə: pfl.az