Almaniyalı mütəxəssis: Futbolçu tapa bilmirik
27.04.2013 - 19:17
“Çoxlu hücum təşkil etməyimizə baxmayaraq, qol vurmaq üçün futbolçularda ustalıq çatışmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab deyib.
Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz”lə qarşılaşmasındakı 0:1 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Qələbə münasibəti ilə Mahmud Qurbanovu təbrik edirəm. İki oyunçumuz zədəlidir və onların yerini dolduracaq futbolçu tapa bilmirik. Bu oyunda bir xal qazanmalı idik”.
Mənbə: pfl.az

0
0