Oyun öncəsi son məşq - FOTOSESSİYA
27.04.2013 - 23:00
Oyun öncəsi son məşq - FOTOSESSİYA
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə görüşəcəyi AZAL matçı öncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Olimpiya Milli Komandalarının Təlim-Məşq Mərkəzinin süni meydançasında baş tutan hazırlıq 1 saat sürüb və futbolçular taktiki planda məşqçilər korpusunun verdiyi müxtəlif çalışmaları yerinə yetiriblər.

“Ağ-yaşıllar”ın heyətində AZAL matçı öncəsi iki ciddi itki var ki, “Bakı” ilə matçda zədələnən Vanderson Skarduelli və cəzalı durumda olan Dimitrios Sialmas sabahkı matçda komandaya kömək edə bilməyəcəklər.

Mənbə: lankaranfc.com