1000-ci oyununa çıxan əfsanəvi futbolçu
28.04.2013 - 08:55
1000-ci oyununa çıxan əfsanəvi futbolçu
İspaniya futbolunun əfsanələrindən olan Raul Qonsales karyerasında 1000-ci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin mayın 13-də Qətərin “Əl-Sədd” klubuna keçən 36 yaşlı hücumçu “Real”da çıxışı ilə məşhurlaşıb.

Belə ki, o, 1994-cü ildən 2010-cu ilə kimi şərəfini qoruduğu, uzun müddət kapitanı olduğu Madrid klubuna 750 oyun keçirib və 338 qol vurub. Bunlardan 323-ü əsas komandada olub.

Raul 2010-cu ildə “Real”dan “Şalke”yə keçərək, onun heyətində 98 oyunda 40 qol vurub. Hücumçu vitse-kapitanı olduğu Qətər klubunda aprelin 13-də ölkə çempionluğunu qazanıb.