Messi yenə Ronaldodan üstün oldu
28.04.2013 - 09:31
Messi yenə Ronaldodan üstün oldu
Son 4 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti rekordlar müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 26 yaşlı argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatının XXXIII turunda “Atletik”lə səfər matçında rəqib meydanında 24-cü dəfə fərqlənib.

Bununla da Messi 1 mövsümdə səfərdə vurulan qolun sayına görə “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu rekordunu keçib. 2008-ci ildə dünyanın ən yaxşı futbolçusu olan Ronaldo ötən mövsümdə 23 qolla bu göstəricidə lider idi.

Lionel 30-cu oyununda 44 qol vuraraq, bombardirlər siyahısında liderliyini davam etdirir. O, ardıcıl 20 matçda qol vurmaqla martda müəyyənləşdirdiyi rekordunu yeniləyib. Həmin matçda sonradan meydana çıxan Messi əvvəl qol vurmaqla, ardından başla məhsuldar ötürmə verməklə öz sözünü deyib. Onun qolu “Barsa”nın cari çempionatda 100-cü qolu oldu. 33 oyunda 101 dəfə rəqib qapısına yol tapan komanda da rekorda imza atdı.