Elhad Nəziri böyük hesablı qələbədə iştirak etmədi
28.04.2013 - 10:52
Elhad Nəziri böyük hesablı qələbədə iştirak etmədi
Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəzirinin formasını geydiyi “Petrolul” Rumıniya çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, komanda evdə “Vitorul”a böyük hesabla qalib gəlib - 3:0.

Nəziri matçı kənardan izləyib. “Petrolul” 27 oyundan 49 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.