“Con Toşakdan fərqli, mən velosiped sürə bilmirəm”
28.04.2013 - 11:33
“Mən Con Toşakın Lənkəranda velosipedlə gəzməyinə normal baxıram. Ancaq ondan fərqli, mən velosiped sürə bilmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssisisi Uels yığmasının baş məşqçisi kimi 2010-cu il dünya çempionatının seçmə mərhələsində 2 dəfə 1:0 hesabı ilə məğlub edən Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi olandan sonra diqqət mərkəzindədir. Belə ki, 64 yaşlı uelsli mütəxəssis Lənkəranda velosipeddə gəzməklə, bazara çıxıb, camaat arasında olmaqla, onlarla oturub çay içməklə xalqa daha yaxın olmağa başlayıb.
Foqts özündən 3 yaş kiçik olan hərəkətini normal qarşılayaraq, adamlar arasında olmağı xoşladığını söyləyib: “Mən Azərbaycanda olduğum 5 ildə insanlar içinə çıxıram. Bakıda axşamlar restoralara gedir, şam yeməyi yeyirəm. Özü də gedəndə tək olmuram, mənimlə insanlar da gedir. Mənim burada camaatla yaxınlığım var. Azərbaycan mətbəxini çox sevirəm. Elə restoranlar var ki, canlı rəqslər görə bilirəm, bu, çox xoşuma gəlir. Fikirləşirsiz ki, mən yalnız otel otağında oturub, çörəyimi orda yeyirəm, camaat arasına çıxmıram? Yox, belə deyil”.
Mehman SÜLEYMANOV

0
0