Premyer Liqanın ən varlı futbolçusunun adı açıqlandı
28.04.2013 - 13:01
Premyer Liqanın ən varlı futbolçusunun adı açıqlandı
“Mançester Yunayted”in hücumçusu Ueyn Rubi İngiltərə Premyer Liqasının ən varlı oyunçusudur. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçunun həyta yoldaşı ilə Kolinlə birgə var-dövləti 79 milyon dollardır. Onun bank hesabı ötən illə müqayisəsə 9 milyondan çox artıb.

Siyahıda 2-ci yerdə Ueynin komanda yoldaşı Rio Ferdinandır – 65 milyon dollar. Üçüncü pillədə Runi ilə birgə “Mançester Yunayred”də oynamış, hazırda “Stok Siti”də oynayan hücumçu Maykls Ouendir. Karyerasını bu mövsümün sonunda bitirəcək 33 yaşlı 58,9 milyon dollarlıq sərvəti var.

Premyer Liqadan 24 yaşlı futbolçu Böyük Britaniya və İrlandiyanın 100 varlı idmançısı sırasına düşüb. Orada yer alan PSJ-nin ingiltərəli yarımmüdafiəçisi 255 milyon dollarla planetin ən varlı idmançıları arasında 11-ci yerdədir. Bura amerikalı qolf ustası, karyerası ərzində 880 milyon dollar qazanan Tayqer Vuds başçılıq edir.

Qeyd edək ki, reytinqin tərtib olunmağında yalnı məvacib yox, əmlak, birja aktivləri, incəsənət əsərləri və hətta cıdır atletləri nəzərə alınıb.