“Vacib qələbə qazandıq”
28.04.2013 - 17:41
“Vacib qələbə qazandıq”
“Ağır oyun oldu, vacib qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Qəbələ”ni 0:2 hesabı ilə məğlub etmələrinə şərh verib: “Komanda sona kimi mübarizə apardı. Rəqib yaxşı oyun göstərdi, komandada irəliləyiş var”.

Mənbə: pfl.az