“Avroliqaya vəsiqə qazanmaq üçün qalib gəlməli idik”
28.04.2013 - 17:58
“Avroliqaya vəsiqə qazanmaq üçün qalib gəlməli idik. Lakin bunu bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Bakı”ya 2:1 hesablı məğlubiyyəti dəyərləndirib: “İlk hissə gərgin keçdi, sarı vərəqələr oldu, qapımızda qol gördük, penalti vura bilmədik. İkinci hissədə ikinci qolu buraxdıqdan sonra hesab arasındakı fərqi azaltdıq, lakin bizə lazım olan sonluğu gətirə bilmədik. Gələcək oyunlarda daha yaxşı oynayıb 4-cü pillədəki yerimizi qorumalıyıq”.
Mənbə: pfl.az

0
0