Məlikovla İsayev oynadı, “Dənizlispor” xal itirdi
28.04.2013 - 19:35
Məlikovla İsayev oynadı, “Dənizlispor” xal itirdi
Türkiyə PTT I liqasında XXXII turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun komandası “Dənizlispor” doğma azarkeşləri önündə “Şanlıurfaspor”la üz-üzə gəlib.

Görüşdə Dənizli klubu qonaqların müqaviməti ilə üzləşib. Belə ki, ilk hissədə hesabı açıb, fasiləyə öndə yollanan həmyerlilərimizin komandası matçın sonuna 10 dəqiqə qalmış üstünlüyü əldən verib - 1:1.

Bu qarşılaşmada baş məşqçi Özcan Bizati ötən oyunda olduğu kimi, təmsilçilərimizi yenə start heyətdə meydana buraxıb. Yığmamızın sabiq müdafiəçisi 90 dəqiqə forma geyinib. Lakin İsayev isə 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Dənizlispor” 32 oyundan sonra xalını 37-yə yüksəldib və hazırda turnir cədvəlinin 13-cü pilləsində gedir.