“Əskişəhərspor” Ufuk Budaksız qalib gəldi
28.04.2013 - 20:03
“Əskişəhərspor” Ufuk Budaksız qalib gəldi
Azərbaycan milli komandasının müdafiəçisi Ufuk Budak yenə “18-liy”ə daxil edilməyib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasın XXXI turu çərçivəsində səfərdə “Kasımpaşa” ilə qarşılaşan “Əskişəhərspor”un baş məşqçisi Ərsun Yanal futbolçumuza ehtiyac duymayıb.

Görüşdə isə təmsilçimizin komandası 1:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Əskişəhərspor” 42 xalla 9-cu pillədə qərarlaşıb.