Tərlan Əhmədov: Çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır
28.04.2013 - 20:12
“Paytaxt derbisində iki güclü komanda qarşılaşdı, çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.
O, Topaz Premyer Liqasının XXVIII turunda doğma publika önündə “İnter” üzərində qazanılan 2:0 hesablı qələbəyə şərh verib: “Sevindirici haldır ki, komandamız son 15 gündə keçirdiyi 5 oyunda fiziki gücünün nə qədər yüksək olduğunu göstərdi. Qalib gəldiyimiz üçün şadam. Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır. Yolumuza davam edirik”.
Mənbə: pfl.az

0
0