“Məqsədimiz qalib gəlmək idi, bunu bacardıq”.
28.04.2013 - 20:37
“Məqsədimiz qalib gəlmək idi, bunu bacardıq”.
“Məqsədimiz qalib gəlmək idi, bunu bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunda evdə “Xəzər Lənkəran” (2:0) üzərində qazanılan qələbəyə şərh verib: “İkinci altılığın güclü komandasına qarşı oynadıq. Kubokda keçirilən oyundan sonra rəqib psixoloji cəhətdən daha üstün idi. İlk hissədə vurduğumuz qol və rəqib futbolçunun qırmızı vərəqə almasından sonra oyun formal xarakter daşıdı. Oyunçularım verilən tapşırıqları uğurla yerinə yetirdilər. Komandanı təbrik edirəm”.

Mənbə: pfl.az