“Xəzər Lənkəran” 1 günlük istirahətə buraxıldı
28.04.2013 - 22:02
“Xəzər Lənkəran” 1 günlük istirahətə buraxıldı
Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə AZAL-a məğlub olan “Xəzər Lənkəran” matç bitəndən sonra bir günlük sərbəst buraxılıb. Apasport.az-ın 12cioyuncu.info saytına istinadən məlumatına görə, komanda üzvləri aprelin 29-dək istirahət edəcəklər.

Ertəsi gün, aprelin 30-da isə paytaxtda bir araya gələrək, “Modern” otelinin qarşısından saat 10:00-da Lənkəran istiqamətində yollanacaq “ağ-yaşıllar” sonrakı günlərdə hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti oyununu mayın 3-də “Fırtınalar meydanı”nda “Kəpəz”lə keçirəcək.