Kanales ən yaxın izləyicisindən 8 top öndə
28.04.2013 - 23:00
Kanales ən yaxın izləyicisindən 8 top öndə
“Neftçi”nin hücumçusu Nikolas Kanales bu mövsüm Topaz Premyer Liqasında vurduğu qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, çilili futbolçu ölkə çempionatının XXVIII turu çərçivəsində “Bakcell Arena”da “İnter”lə keçirlən oyunda dubl edərək, 24-cü qoluna imza atıb.

Kanales matçın 51 və 70-ci dəqiqələrində fərqlənərək, həm komandasının 2:0 hesablı qələbə qazanmasında əsas pay sahibi olub, həm də bombardirlər siyahısında ən yaxın izləyicisini 8 top qabaqlayıb.

Qeyd edək ki, AZAL-ın hücumçusu Franko Nildo 16 topla 2-ci pillədə qərarlaşıb. 13 qolla “Rəvan”ın forvardı Juan Manuel Varea 3-cü, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda isə 12 qolla 4-cü yerdədir.