“Yuventus” güldü, çempionluq XXXV tura qaldı
29.04.2013 - 01:45
“Yuventus” güldü, çempionluq XXXV tura qaldı
İtaliya A seriyasında XXXIV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə 7 qarşılaşma baş tutub.

“Roma” evində “Syena”nı 4:0 hesabı ilə məğlub edib. “İnter” isə “Palermo” səfərindən xalsız qayıdıb.

Milanın eyni adlı komandası isə əzmkar qələbə qazanıb. “Rossonyerlər” “San-Siro”da “Katanya”nı qonaq edib. Hesabda geri olan “Milan” sona 15 dəqiqə qalmış 3 qol vuraraq, görüşdən qalib ayrılıb.

Lider “Yuventus” isə səfərdə “Torino” ilə münasibətlərinə aydınlıq gətirib. “Qoca Sinyora” meydan sahiblərini 0:2 hesabı ilə məğlub etməyi bacarıb.

Beləliklə, “Yuventus” xalını 80-ə çatdıraraq, 2-ci pillədə qərarlaşan “Napoli” ilə 11 xallıq fərqi qoruyub. Növbəti turda isə Turin klubu 1 xal qazanacağı təqdirdə, çempionluğunu elan edəcək.

Qeyd edək ki, “Yuventus” növbəti tur evində “Palermo”nu sınağa çəkəcək.


İtaliya A seriyası
XXXIV tur
27 aprel
“Atalanta” – “Bolonya” - 1:1
Georgi, 67 – Cilardinyo, 76

“Kalyari” – “Udineze” – 0:1
Pereyra, 56

“Peskara” – “Napoli” – 0:3
İnler, 46, Pandev, 58, Dzemali, 82

28 aprel
“Roma” – “Syena” - 4:0
Osvaldo, 14; 41; 67, Lamela, 16

“Kyevo” – “Cenoa” - 0:1
Boryello, 73

“Palermo” – “İnter” - 1:0
İliçiç, 10

“Parma” – “Latsio” - 0:0

“Sampdoriya” – “Fiorentina” - 0:3
Kuadrado, 36, Lyajiç, 42, Akvilani, 73

“Torino” – “Yuventus” - 0:2
Vidal, 86, Markizio, 90

“Milan” – “Katanya” - 4:2
Flamini, 45, Patsini, 75; 77, Balotelli, 90 - Leqrottalye, 30, Berqessio, 65